Anjelikanın qatili şikayət verdi

anjelikanin-qatili-sikayet-verdi
Oxunma sayı: 1431

Qonşusu Anjelika Morozovanın başına torba keçirib boğaraq öldürməkdə təqsirləndirilən Namiq Vəkilov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mərhum A.Morozova qadın futbolu ilə məşğul olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Vəkilov 18 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalıb və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılacaq. İlkin baxış iclası iyunun 14-da keçiriləcək.

Murad Əhməd