Ankarada dövlət binasında partlayış - Yaralılar var + Fotolar

ankarada-dovlet-binasinda-partlayis
Oxunma sayı: 1728

Türkiyənin paytaxtı Ankarada Vergi İdarəsinin binasında partlayış baş verib.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, hadisəyə binanın qazanxanasındakı qaz sızması səbəb olub.

Partlayış nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Ankara valisi Ercan Topaca bildirib ki, hazırda dəyən zərərin hesablamaları aparılır:

“Partlayış zamanı ətrafa saçılan taş və metal parçalar 3 nəfərə yüngül xəsarət yetirib. Onlar özləri xəstəxanaya müraciət ediblər. Hazırda faktla bağlı araşdırma aparılır”.