ANS iki medianı məhkəməyə verdi

ans-iki-mediani-mehkemeye-verdi
Oxunma sayı: 645

Qeyd edək ki, "Yeni Müsavat" xəbəri Aznews.az-a istinadən yayıb. Xəbərdə bildirilirdi ki, teleşirkət rəhbəri Vahid Mustafayev işçilərlə keçirdiyi toplantıda dərgiləri sərt şəkildə tənqid edib.

“Yeni Müsavat” isə xəbərə yalnız “ANS PRESS Nəşriyyat Evi” MMC-nin zərərlə işlədiyini əlavə etmişdi. Bundan başqa, "Hesabat", "El" jurnallarının Azərbaycanın çap mətbuatındakı yeri, indiyədək çoxsaylı maraqlı layihələrə imza atdığı da qeyd olunmuşdu.

“ANS PRESS Nəşriyyat Evi” MMC məhkəmə iddiasında Aznews.az saytından 100 min manat, "Yeni Müsavat" qəzetindən isə 20 min manat təzminat, eləcə də, hər iki cavabdehdən təkzib tələb edir.