Apple “iPhoneX” və “MacBook Pro”da qüsur olduğunu açıqladı

apple-iphonex-ve-macbook-proda-qusur-oldugunu-aciqladi
Oxunma sayı: 1729

Apple şirkəti “iPhoneX” smartfonları və “MacBook Pro” notbuklarında qüsurların olduğunu etiraf edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yer alıb. 

Qeyd edilir ki, “iPhoneX” istifadəçiləri ekran sensorlarında problemlərlə qarşılaşa bilərlər. Qüsur  zamanı displey istifadəçinin toxunuşuna reaksiya verməyə bilər və ya öz-özünə işə düşə bilər. 

Eyni zamanda məlumatda bildirilir ki, 2017-ci ilin iyunundan 2018-ci ilin iyununa kimi alınan "MacBook Pro”nun sahibləri sərt diskdə problemlə qarşılaşa bilərlər. Nəticədə isə istifadəçilər öz məlumatlar bazasını itirə bilər. 

Qeyd edək ki, daha əvvəl az tələbat səbəbindən “iPhoneXR”in istehsalının dayandırıldığı məlum olmuşdu.