Aprel məhbuslar cəzaçəkmə müəssisələrinə aparıldılar

aprel-mehbuslar-cezacekme-muessiselerine-aparildilar
Oxunma sayı: 649

Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli “Media forum” saytına bildirib ki, Arif Hacılı Sabunçu rayonunun Ramana qəsəbəsindəki 6 saylı, Tural Abbaslı Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 14 saylı, Məhəmməd Məcidli isə Binəqədi rayonun Dərnəgül qəsəbəsində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.

Adıçəkilən məhbusların hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.