Arazın komandası Yunanıstan nəhəngini məğlub etdi

arazin-komandasi-yunanistan-nehengini-meglub-etdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” Yunanıstanın ən titullu klublarından olan “Panatinaykos”la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Bu halda qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibindən daha dəqiq olan “Panionios” 4-3 hesabı ilə qələbə qazanıb. Araz bu görüşdə start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

Ceyhun Əhmədov