Arıqlamaq istədiyi sanatoriyadan fotoları yayıldı

ariqlamaq-istediyi-sanatoriyadan-fotolari-yayildi
Oxunma sayı: 651

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, mətbuat katibi “Maestro” telekanalının efirində çıxış edərək Saakaşvilinin “Espas Anri şeno” sanatoriyasında olduğunu bildirib.
Belə bir açıqlamanın verilməsinə səbəb isə Rusiyanın tanınmış jurnalisti,teleaparıcı Tina Kandelakinin öz bloqunda “Əziz Mixail Nikolayeviç” başlığı ilə məlumat yerləşdirməsi olub. Həmin yazıda qeyd olunub ki, Saakaşvilinin İtaliyanın Merano şəhərindəki bir həftəlik səfəri 15 min avroya başa gəlib. Prezidentin sanatoriyaya arıqlamaq üçün getdiyi də qeyd olunur.

Bununla yanaşı, Kandelaki əminliklə vurğulayıb ki, şəxsi təyyarədə Tbilisi-Merano-Tbilisi marşrutu ilə uçuşu isə təxminən 100 min dollara başa gəlib.

Prezidentin mətbuat katibi isə açıqlamasında bildirib ki, ölkə başçısı Brüsseldən qayıdarkən noyabrın 15-də sanatoriyada qalıb: “Prezident hər il tibbi müayinədən keçir və bu da planlaşdırılmış müayinə idi. Əlavə etmək istəyirəm ki, prezident sağlamdır. O, bu mərkəzdə cəmi bir gün qalıb. Dövlət büdcəsindən bir tetri (qəpik) də xərclənməyib, prezident bunun üçün şəxsi pullarını sərf edib”.