Arvadını bıçaqlayan şəxs intihar etdi

arvadini-bicaqlayan-sexs-intihar-etdi
Oxunma sayı: 2930

Aprelin 26-da gecə saatlarında Quba rayonunda həyat yoldaşının qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirlən 1977-ci il təvəllüdlü Ağayev Etibar geyim lifi ilə həyatına qəsd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Ağayev bir müddət bundan öncə rayonun Birinci Nügədi kəndində ailə münaqişəsi zəminində yaşadıqları evdə həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib.