Arvadını öldürüb qaçan tutuldu

arvadini-oldurub-qacan-tutuldu
Oxunma sayı: 1170

Zaqatala rayonunda arvadını öldürərək hadisə yerindən qaçan şəxs saxlanılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 13-ü axşam saat 20 radələrində rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Suvagil kənd sakini Aqşin Qədirov arvadı, 1982-ci il təvəllüdlü Billurə Qədirovanı qısqanclıq zəminində əvvəlcədən özü ilə gətirdiyi bıçaqla çoxsaylı zərbələr vuraraq öldürüb və hadisə yerindən qaçıb.

Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən A.Qədirov tutularaq istintaqa cəlb olunub.