AŞ PA həmməruzəçiləri Azərbaycanla bağlı hesabat verəcəklər

as-pa-hemmeruzecileri-azerbaycanla-bagli-hesabat-verecekler
Oxunma sayı: 634

Trend-in məlumatına görə, bu fikir cümə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrexin jurnalistlər üçün keçirdikləri mətbuat konfransında səsləndirilib.

Aqramunt Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərlə bağlı bildirib ki, Azərbaycanın bu öhdəlikləri yerinə yetirməsində irəliləyişlər olub.

"Bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Və biz hesab edirik ki, Azərbaycan düzgün yoldadır", - o deyib.

Həmməruzəçilər qeyd ediblər ki, Azərbaycan rəsmiləri ilə keçirdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin, həmməruzəçilər səfər çərçivəsində qaçqın və məcburi köçkünlərlə görüşüblər.

"Çox təəssüf edirik ki, təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar həyatlarını itirir. Hesab edirik ki, bu, dondurulmuş münaqişə deyil, münaqişə hələ də davam etməkdədir", - Aqramunt bildirib.

Həmməruzəçilər vurğulayıblar ki, 2012-ci ilin sonlarına qədər Azərbaycanla bağlı hesabatı təqdim edəcəklər.