Aslan 1-ciliyi itirmək istəmir

aslan-1-ciliyi-itirmek-istemir
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” öz meydanında “Qaziantepspor”u qəbul edir. Bugünkü oyunda qələbə qazanmağı planlaşdıran aslan həm liderliyini davam etdirmək, həm də “Çempionlar Liqası”nda “Braqa” ilə oyunqabağı əlavə motivasiya qazanmaq istəyir. “Qalatasaray”ın baş məşqçisi Fateh Tərimin əsas heyəti oyuna çıxaracağı gözlənilir. Məşqlərdə zədələnən Kris oyunda iştirak edə bilməyəcək.

Qeyd edə ki, bu iki klub arasında indiyənə kimi 52 oyun keçirilib. Bu görüşlərin 30-da “Qalatasaray” qalib gəlib, 12 oyun heç-heçə başa çatıb, 10 oyunda isə “Qaziantepspor” qələbəyə sevinib.

İqbal