Atası anasını öldürməsin deyə araya girdi, özü öldü - Video

atasi-anasini-oldurmesin-deye-araya-girdi-ozu-oldu
Oxunma sayı: 6441

Türkiyənin Bursa şəhərinin Orxanqazi qəsəbəsində ailə daxili dəhşətli cinayət baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, 19 yaşlı Can adlı gənc evlərində dava zamanı atası ilə anasını sakitləşdirməyə çalışarkən canından olub.

Belə ki, Can atası anasını bıçaqlamaq istəyərkən araya girib. Bu zaman bıçaq onun boğazına batıb.

Valideynlər davanı bitirərək qan içində qalan övladlarını xəstəxanaya çatdırsalar da, Canın həyatını xilas etmək mümkün olmayıb.

Polislər cinayəti törədən atanı həbs ediblər. Onun hadisə vaxtı sərxoş olduğu məlum olub.