ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yaydı

atet-eliyev-sarkisyan-gorusu-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 1993

Avstriyanın ATƏT-dəki sədrliyi  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətllə izləyib. 
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir. 
 
“Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.