“Avro-2012”nin oyunlarını yayımlayacaq telekanallar

avro-2012nin-oyunlarini-yayimlayacaq-telekanallar
Oxunma sayı: 674

“Qafqazinfo”nun SalamNews-a istinadən məlumatına görə, azərbaycanlı azarkeşlər oyunları pulsuz olaraq yerli telekanallarla yanaşı, Türkiyə və Rusiya TV-lərində də seyr edə bilərlər.

Azərbaycan Dovlət Televiziyasından verilən məlumata görə, azarkeşlər “Avro-2012”nin bütün matçlarını AzTV və “İdman Azərbaycan” kanalları vasitəsilə izləyə biləcəklər. Türkiyədə isə “Avro-2012”nin yayım hüququnu dövlət televiziyası olan TRT alıb. Çempionatın matçlarına həmin ölkənin TRT 1, TRT 3 və TRT HD kanallarında da baxmaq mümkün olacaq.

Türkiyədə olduğu kimi, Rusiyada da “Avro-2012”nin oyunlarını üç telekanal yayımlayacaq. Bunlar “Birinci kanal”, “Rossiya 1” və “Rossiya 2” telekanallarıdır.