Avroliqada dörddə bir final həyəcanı davam edir

avroliqada-dordde-bir-final-heyecani-davam-edir
Oxunma sayı: 649

Azerisport.az xəbər verir ki, dörd görüşün hamısı eyni gündə baş tutacaq.

Qeyd edək ki, bu mərhələdə iki Almaniya – İspaniya qarşıdurması diqqət çəkir. Belə ki, “Atletico” ilk oyunda məğlub etdiyi “Hannover”in qonağı olacaqsa, “Schalke”ni səfərdə yenməyi bacaran “Athletic” də doğma meydanda uğurunun davamını gətirməyə çalışacaq.

Turnirin 1/4 finalında ən çox komandayla təmsil olunan İspaniyanın daha bir klubu – “Valencia” isə ilk oyunda uduzduğu “AZ Alkmaar”dan qisas almaq iddiasındadı. Xarkov “Metallist”i də “Sporting” ilə dueldən qalib ayrılmağı hədəfləyib.

Avropa Liqası
1/4 final (ilk oyunlar)
5 aprel

00:05. Athletic (İspaniya) - Schalke (Almaniya) (4:2)
00:05. Hannover (Almaniya) - Atletico (İspaniya) (1:2)
00:05. Metallist (Xarkov, Ukrayna) - Sporting (Portuqaliya) (1:2)
00:05. Valencia (İspaniya) - AZ Alkmaar (Hollandiya) (1:2)