Avropa İttifaqının binasında tüstülənmə, zəhərlənənlər var

avropa-ittifaqinin-binasinda-tustulenme-zeherlenenler-var
Oxunma sayı: 946

Avropa İttifaqının Brüsseldəki binasənda tüstülənmə olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 10-dan çox insan tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Bina isə boşaldılıb. 

İnsidentə səbəb mətbəxdə ventilyasiya sistemində meydana gələn qəza olub. Aİ yaydığı bəyanatda bildirib ki, hadisə 19-20 oktyabrda bu binada keçirilən quruma üzv dövlət və hökumət başçılarının görüşünə mane olmur.