Avtobus qəza törətdi - “333”ə çırpıldı+Foto

avtobus-qeza-toretdi
Oxunma sayı: 1157

Bakıda sərnişin avtobusu qəza törədib. 

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, “Bakubus” MMC-yə məxsus 99-JX-198 dövlət qeydiyyat nişanlı 2 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Süleyman Rüstəm küçəsindən Füzuli küçəsinə dönmə əmliyyatı həyata keçirəkən onunla paralel hərəkət edən 90-DA-333 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı minik avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.