Avtobus yük maşını ilə toqquşdu - 15 ölü, 20 yaralı

avtobus-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 1575

Kamerunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı paytaxt Yaundedən  Douala istiqamətində hərəkət edən avtobusda 70 sərnişin olub.

İlkin ehtimala əsasən avtobusun sürücüsünün səhvi nəticəsində baş verən qəza zamanı  15 nəfər ölüb. Daha 20 sərnişin isə yaralanıb. Xəsarət alanların yaxınlıqdakı xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.