Avtodayanacaqda baş verən qəza ilə bağlı cinayət işi açıldı

avtodayanacaqda-bas-veren-qeza-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 640


Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məlumatda qeyd edilir ki, yanvarın 23-də saat 03 radələrində Bakı şəhəri, Nobel prospekti 15 saylı ünvanda “Azure-Parkinq” şirkəti tərəfindən inşa edilən avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində 1983-cü il təvəllüdlü Alıyev Firqət İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Dadaşov Samir Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nicat Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1978-ci il təvəllüdlü Qurbanov Ələsgər Arif oğlu isə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə ölmüşdür.

Xətai rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.