Avtomobil kanala düşdü

avtomobil-kanala-dusdu
Oxunma sayı: 645

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Abşeron rayonunda “Volkswagen” markalı minik avtomobili yolun kənarındakı su kanalına düşüb. Hadisə yerinə cəlb edilən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobili təhlükəsiz əraziyə çıxarıb və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 13:21-də başa çatıb.