Avtomobili kütlənin üzərinə sürdü - Ölən və yaralanan var

avtomobili-kutlenin-uzerine-surdu
Oxunma sayı: 635

ABŞ-da sürücü avtomobili Ay tutulmasını izləyən kütlənin üzərinə sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WRDW” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Kentukku ştatının hayden şəhərində qeydə alınıb. İnsident nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb. Xəsarət alanlar helikopterlə xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, qəzaya sürücünün idarə etməni itirməsi səbəb olub.