AXCP Ali Məclisi ölkədəki durumu müzakirə etdi

axcp-ali-meclisi-olkedeki-durumu-muzakire-etdi-
Oxunma sayı: 663

Gündəliyin birinci məsələsi ilə bağlı AXCP sədri Əli Kərimlinin məruzəsi oldu. Dünyada diktatura rejimlərinə qarşı sərt münasibətin formalaşdığı formalaşdığını, buna misal, kimi yaxın Şərqdəki prosesləri göstərən sədr təəssüflə qeyd etdi ki, Azərbaycanı idarə edənlər özlərini sanki yeni gerçəklikləri görmədən yaşayırlar.

Ötən aylarda təhsil haqlarını qaldırılmasını, Bakı şəhərində minlərlə insanın evlərinin uşurulub mülkiyyət hüququnda məhrum edilməsini, Kür daşqınlarında əziyyt çəkən insanlara verilən yardımlarda korrupsiya hallarının olmasından danışan Əli Kərimli bunları xalqa qarşı zülm, amansız talan adlandırdı. Azərbaycanın gözəl təbiəti olan yerin İlham Əliyev və olqarxlar tərəfindən ələ keçirilməsini qəsbkarlıq kimi natiqin çıxışında tənqid etdildi.
Rejimin bu özbaşınalığın “ancaq xalqın nəfəsini boyunun ardına hiss edəndə” dayanacağını vurğulayan Əli Kərimli yada saldı ki, məhz Ərəb dünyasındakı inqilabı əhval ruhiyyənin ölkəyə siyayət etdiyi ilin əvvəlində hölumət xalqın xeyrinə müəyyən geriçəkilmələr etdi

Partiya sədri dedi ki, təkcə müxalifət fəallarının yox, yüz minlərlə insan mübarizəyə qoşulduğu anda ölkədə köklü dəyişiklər baş verəcək. Əli Kərimlini növbəti partiya fəaliyyətinin əsas istiqamətini məhz geniş xalq kütlələrini siyasi proseslərə cəlb etmək olduğunu vurğuladı.

AXCP sədri partiya üzvləri qarşısında yeni medianın imkanlarından yaralanmağı da tövsiyyə kimi irəli sürdü; bütün rayon şöbələrinin internetləşməsinin vacibliyini dedi.

Yeni informasiya texnolojiyalarının yayımına əngəl törətdiyinə görə Əli Kərimli hakimiyyəti də tənqid etdi. O dedi ki, hakimiyyət “3 G “texnologiyasının tətbiqi üçün öz ailəsinə məxsus “Azerfon”dan başqa digər operatorlara lisenziya verməməklə həm korparativ maraqlarını təmin edir, həm də vətəndaşların daha keyfiyyətli xidmətdən istifadəsini məhdudlaşdırır.

Əli Kərimli İctimai Palatanın gücləndirilməsi üçün regional təşkilatların fəaliyyətinə diqqət ayrımaq barədə də fikirlərini Ali Məclis üzvləri ilə bölüşdü. Natiq çıxışında “2 aprel” məhbuslarının müdafiəsi istiqamətində görülən işlərə də toxundu. O, bildirdi ki, günahsız yerə həbs olunan müxalifət fəalları azad olunana qədər yorulmadan çalışmaq lazımdır. Siyasi məhbusların məhkəmə zalalrının önü hər dəfə minlərlə insanın etiraz meydanına çevirilməlidir.

AXCP sədrinin məruzəsindən sonra partiya sədrinin müavinləri Nurəddin Məmmdəli, Fuad Qəhrəmanlı, partiya Rəyasət heyətinin üzvüləri Seymur Həzi, Rövşən Quliyev təşkilatlanma və qarşıda duran vəzifələr ətrafında çıxış edib.

Daha sonra partiyanın kənd rayon şöbələrindən seçilən məclis üzvlərinin yerli siyasi durum və yeni medaidan istifadə imkanları barədə hesabatları dinlənilib.

Ali Məclis sonda təşkilatlanma işinin gücləndirilməsi ilə bağlı təlamatı qəbul edib, işlərin bu təlimat əsasında gücləndirilməsi qərar alınıb.

AXCP Ali Məclisi adından “2 aprel” məhbuslarının dərhal azadlığa buraxılması ilə bağlı bəyanat qəbul edib.