AXCP və AMIP bir araya gəldi

axcp-ve-amip-bir-araya-geldi-
Oxunma sayı: 653

AXCP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə partiyalar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qərara alınıb ki, Azərbaycan demokratik dəyişikliklər uğrunda mübarizədə partiyalar əməkdaşlığı davam etdirsinlər. Görüşdə həmçinin müxalifətin daha geniş formatda birliyi məsələsi müzakirə mövzusu olub. AXCP nümayəndələri bildirib ki, bu gün müxalifətin birliyi üçün ən uğurlu format Ictimai Palatadır. Bu qurumda ölkənin aparıcı siyasi partiyaları və vətəndaş cəmiyyəti institutları bir araya gəlib. AMIP-çilər də öz növbələrində partiyanın onlarla üzvünün Ictimai Palatada təmsil olunduğunu, sədr Yusif Bağırzadənin qurumun təsiçilərindən olduğu bildirilib. Və bundan sonra partiyanın Ictimai Palatada fəaliyyətini genişləndirəcəyi vurğulanıb.