Ayağı iki yerdən sındı - Fotolar

ayagi-iki-yerden-sindi
Oxunma sayı: 3345

Türkiyəli aktyor Cem Özerin “İstasyon” filminin çəkiliş meydançasında başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, Balmahmut kəndində olan kino qəhrəmanı ssenariyə uyğun olaraq çuxura tullanıb. 

Bu zaman tanınmış aktyorun sağ ayağı iki tərəfdən sınıb. Hadisə yerinə təcili tibbi yardım xidməti çağırılıb.

Cem Özer xəstəxanaya aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin yaxşı olduğu qeyd edilir.