Aygün Kazımova Azərbaycan-Türkiyə xətti açdı - Foto

aygun-kazimova-azerbaycan-turkiye-xetti-acdi-foto
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, müğənni sonuncu Türkiyə səfəri və bugünkü layihələri haqqında fikirlərini bölüşüb: “Murat Yeterin orkestri artıq mənim orkestrimdir. Bundan sonra bütün səfərlərimdə, dünya əhəmiyyətli layihələrimdə məni onlar müşayət edəcəklər. Hazırda bütün konsert proqramım hazırdır.
Kliplə bağlı bütün işlər də artıq yekunlaşıb. Təqdimat mərasiminə jurnalistlər siyahı ilə buraxılacaqlar. Layihəmizə qərəzli yanaşıb cürbəcür fotoşop şəkilləri ilə təbliğat aparanlar zəhmət çəkib gəlməsinlər. Qapı arxasında qalacaqlar”.

Qeyd edək ki, Aygün Kazımova və Snop Doq iyulun 7- də İstanbul "Beşiktaş İnönu Stadion"unda dünya turnesinə start verəcəklər. Həmin stadionda bu günə qədər Brayan Adams, Elton Con, Maykl Cekson, Madonna, Tina Turner kimi məşhur ulduzlar çıxış ediblər. Mayın 30-da isə Rihanna "Beşiktaş İnönu Stadion"unda çıxış edəcək.