Aygünlə Namiqin arası qızışır

aygunle-namiqin-arasi-qizisir
Oxunma sayı: 640

Bunu evlənməyə hazırlaşan populyar meyxanaçı Namiq Qaraçuxurlu özünə yeni sevgili tapdığını etiraf edən xalq artisti Aygün Kazımovaya cavabında bildirib. N.Qaraçuxurlu milli.az-a deyib ki, “Onu bağışlamaq olarmı” mahnısı konkret olaraq Aygünə ünvanlanmayıb: “Mahnı bəstələyəndə çalışıram ki, sözləri kimsəyə həsr olunmasın. Buna görə də yazır və silirəm. İndi də yazdığım və bəstələdiyim hər şey Aygünə aid deyil. Bu səbəbdən də mahnının adını dəyişib "Əlvida, dərdim, əlvida" qoydum. Düzü, Aygün xanımın bu mahnının onun barəsində olduğunu fikirləşdiyini düşünməzdim".
A.Kazımovanın “Namiq Qaraçuxurlu başqasının hesabına yaşayır” sözləri də meyxanaçını təbdən çıxarıb: “Bununla bağlı ümumi dostlarımıza zəng vurdum və onlar dedi ki, həmin sözlər zarafatdır. Amma bunu Aygün xanım ciddi deyibsə, daha mənim sözüm yoxdur. Hələlik hər şeyə dözürəm. Amma ona demək istərdim ki, adamların sonradan gülməməsi üçün hər şeyi efirdə belə təqdim etmək olmaz”.
Meyxanaçı daha sonra deyib ki, Aygünün sevdiyi adamın olmasına çox sevinir, dəvət olunarsa, onların toyunda məmnuniyyətlə çıxış edər.