“Ayla” “Oskar” üçün məhkəməyə gedir

ayla-oskar-ucun-mehkemeye-gedir
Oxunma sayı: 4176

Türkiyənin “Oskar” namizədi “Ayla”nın baş prodüseri Mustafa Uslu mükafat mərasimində filmi qiymətləndirən komissiya üzvlərini məhkəməyə verir. 

“Qafqazinfo” xəbər verir ki, o, münsiflərin filmi izləmədən qiymət verdiklərini iddia edib. 

5 milyon 500 min insan tərəfindən baxılan kinonun rəsmisi Amerikanın məşhur vəkilləri ilə görüşüb. O, siyasi bir oyuna qurban olduqlarını bildirib:

“Kino festivallarda üç salonda eyni vaxt nümayiş etdirilib. 27 ölkə bu ekran işini bəyənib. Siyasi oyunun qurbanı oluruq. Komitə savaşlarda ana-atalarını itirən körpələrin dramına əhəmiyyət vermədi. “Ayla” dəyərləndirilsə, “Oskar”ın ən böyük namizədi olar”.