Ayselin “Eurovision”da ilk məşqinin - Videosu

ayselin-eurovisionda-ilk-mesqinin
Oxunma sayı: 3605

Bu il Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində “X my heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin məşq zamanı lentə alınmış görüntüləri “Youtube”da yerləşdirilib.

Ağ geyimdə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.

Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-də, ikinci yarımfinal mayın 10-da, final isə mayın 12-də keçiriləcək.