Azan qadağan olunub

azan-qadagan-olunub
Oxunma sayı: 789

Maraqlıdır ki, Neftçalada azan qadağasının özünəməxsus “səbəbi” də tapılıb. Belə ki, rayon mərkəzində yerləşən məsciddə azan deyən müəzzinin bir neçə dəfə azandan sonra səsgücləndirici vasitəsi ilə öz problemlərini səsləndirməsi rayon rəhbərliyində narazılıq yaradıb. Bundan sonra isə məşhur lətifədə olduğu kimi problem kökündən “həll olunub”. Yəni rayon rəhbərliyi azan səsləndirən müəzzinin problemini həll etmək və ya onu kənarlaşdırmaq əvəzinə bütövlükdə azan verilməsini qadağan edib. Özü də təkcə bir məsciddə deyil, bir neçə məsciddə azan qadağan olunub.