Azarkeş hakimin başını yardı - Video

azarkes-hakimin-basini-yardi
Oxunma sayı: 5429

Dünən axşam Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Avstriyanın “Şturm” və Kiprin AEK komandaları arasındakı matçda insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, matçın 78-ci dəqiqəsində tribunadan atılan şüşə qab yan xətt hakiminin başını yarıb.

Qan içində yerə yıxılan hakimə ilkin tibbi müdaxilə göstərildikdən sonra isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

40 dəqiqə sonra davam etdirilən oyunda qonaq AEK klubu 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Şturm” klubu hadisəni törədən azarkeşin saxlanıldığını açıqlayıb.