Azarkeşi döyən baş məqşçi ilə bağlı - Açıqlama

azarkesi-doyen-bas-meqsci-ile-bagli-aciqlama
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilmiş “Bakı” - “Simurq” matçından sonra biabırçı vəziyyət yaranıb. Belə ki, qonaqların gürcüstanlı baş məşqçisi Georgi Çixradze tribunaya gedərək azarkeşlərdən birini söyməklə yanaşı, onu təpikləyib.

Həmin azarkeşin Çixradzenin ünvanına xoşagəlməz sözlər işlətdiyi bildirilsə də, bu, çalışdırıcının hərəkətinə qətiyyən haqq qazandırmır. Hər halda, baş məşqçi davranışı ilə futbolçulara nümunə olmalıdır. Üstəlik, əcnəbinin ölkəmizə gəlib belə hərəkət etməsi yolverilməzdir.

Çempionatın təşkilatçısı olan PFL rəhbəri də “Simurq”un çalışdırıcısını qınayır: “Baş məşqçinin belə hərəkət etməyi düzgün deyil. Azarkeşi vurmağa heç kimin ixtiyarı yoxdur. Azarkeşin baş məşqçi ilə nə şəxsi qərəzi ola bilər ki.... Elə olur ki, meydandakılar, hakimləri söyürlər. Onda gərək hamı bir-birini vursun?”