Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tədbir keçirdib

azerbaycan-amerika-gencleri-ictimai-birliyi-tedbir-kecirdib
Oxunma sayı: 1023

“Qafqazinfo”nun məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən konfransı giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov təşkilatın xaricdə təhsil alan Azərbaycanlı tələbələr arasında Erməni diasporunun fəaliyyətinin öyrənilməsi məqsədi ilə müsabiqə elan etdiyini diqqətə çatdırıb. Konfransda iştirak edən xaricdə təhsil alan tələbələr öz tədqiqat işlərinin konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Prezident Administrasiyası İctimai Siyasi Şöbənin məsul şəxsi Vüqar Səlimov, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Gənclərlə iş üzrə şöbəsinin müdiri Vaqif Seyidbəyli və Milli QHT Forumunun prezidenti Rauf Zeyni layihənin əhəmiyyəti haqqında danışaraq bu istiqamətdə aparılan işlərin vacibliyini qeyd ediblər. Qeyd edək ki, xaricdə təhsil alan tələbələr tərəfindən təqdim olunan tədqiqat işləri sonda kitabça şəklində çap olunacaq.


Səidə Teyyubqızı