Azərbaycan Avropa çempionatına darmadağınla start verdi

azerbaycan-avropa-cempionatina-darmadaginla-start-verdi
Oxunma sayı: 2796

Yunanıstanda şahmat üzrə klublararası Avropa çempionatına start verilib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən “Odlar Yurdu” klubunun kişilərdən ibarət komandası ilk turda Finlandiyanın “Komeon” klubu ilə qarşılaşıb.

Görüş təmsilçimizin 6:0 hesablı qələbəsi ilə bitib.

Qadınlardan ibarət komandamız isə Sloveniyanın  “Maribor” komandasını 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 40 min avrodur. Bunun 22 mini kişilər, 13 mini isə qadınlar arasında bölüşdürüləcək. 5 min avro isə fərdi fərqlənən şahmatçılara veriləcək. Komandalar arasında ilk 3 yeri tutanlar mükafatlandırılacaq.