Azərbaycan banklarının aktivləri 25 faiz artıb

azerbaycan-banklarinin-aktivleri-25-faiz-artib
Oxunma sayı: 776


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi xəbərə görə, hesabat dövründə bankların aktivləri 23,58 faiz artıb.

Bank sektorunun məcmu passivləri 18,19 milyard manat dəyərində qiymətləndirilib.

Bank sektoru aktivlərinin əsasını müştərilərə verilən 12 551,7 milyon manat dəyərində kreditlər (il ərzində 30,17 faiz artım), investisiyalar (21,57 faiz artımla 1573,8 milyon manat) və müxbir hesablarındakı vəsaitlər (6 faiz azalma ilə 998,3 milyon manat) təşkil edib. Maliyyə sektoruna verilən kreditlər və depozitlər 720,2 milyon manat (11,28 faiz artımla) olub.

Passivlər strukturunda əsas payı 2012-ci ilin analoji dövrü ilə müqayisədə 23,64 faiz artan depozitlər (2013-cü il iyulun 1-nə 8 436,2 milyon manat) təşkil edir. Maliyyə sektorundan alınan kreditlər və depozitlər 29,44 faiz artaraq 5876,3 milyon manat təşkil edib.