Azərbaycan daha 6 medal qazandı

azerbaycan-daha-6-medal-qazandi
Oxunma sayı: 645

İslam Həmrəylik Oyunlarında uşu ustalarının mübarizəsi yekunlaşıb. “Qafqazinfo” xəbər verir ki, son gündə komandamız 6 medal qazanıb 

Yığmamızda finalda uduzan Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərimov (70 kq) gümüş medalla kifayətləniblər. Digər uşu ustalarımızdan Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) isə 3-cü yeri tutublar.