Azərbaycan deputatı Gürcüstandakı seçkiləri izləyib

azerbaycan-deputati-gurcustandaki-seckileri-izleyib
Oxunma sayı: 977

“GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü kimi Gürcüstanda keçirilən prezident seçkilərində səsvermənin gedişini izlədim. Mən olduğum məntəqələrdə heç bir ciddi qanun pozuntusuna rast gəlmədim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərtac-a  müsahibəsində Mili Məclisin deputatı, GUAM PA-nın Gürcüstandakı müşahidə missiyasının üzvü Əli Məsimli söyləyib.

Əsasən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, eyni zamanda paytaxt Tbilisinin yaxınlığındakı məntəqələrdə müşahidə aparan Ə.Məsimli deyib: “Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilib. Seçicilər sərbəst şəkildə öz seçimlərini edirdilər. Bəzi məntəqələrdə seçicilərin növbədə dayandıqlarının şahidi oldum. Bu, Gürcüstanda insanların seçici fəallığının göstəricisi idi”.

Mili Məclisin deputatı seçkilərin nəticələrinin Gürcüstanda demokratiya və dövlətçiliyin möhkəmlənməsinə doğru atılmış daha bir addım olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövləti və xalqı dost, qonşu ölkə kimi Gürcüstanda əmin-amanlığın, qanun və hüququn aliliyinin qorunmasının tərəfdarıdır.

Əli Məsimli seçkilərdəki müşahidələri ilə bağlı fikirlərinin GUAM PA-nın hesabatında da əksini tapdığını vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin gedişini Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri, eləcə də Milli Məclisin deputatları - Əli Məsimli GUAM PA-nın müşahidə missiyasının tərkibində, Musa Quliyev isə QDİƏT PM-in müşahidə missiyasının tərkibində izləyiblər.