“Azərbaycan deyəndə səni düşünürük biz” adlı tədbir keçirilib

azerbaycan-deyende-seni-dusunuruk-biz-adli-tedbir-kecirilib
Oxunma sayı: 1376

Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan deyəndə səni düşünürük biz” adlı tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Millət vəkilləri Nizami Cəfərov, Hikmət Babaoğlu, Kamaləddin Qafarov, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və dövlət idarələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisinin üzvü Nizami Cəfərov Heydər Əliyevin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışıb.  

Çıxış edən Milli Məclisinin üzvü Hikmət Babaoğlu qeyd edib ki, Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin işıqlı sabahının etibarlı bünövrəsini yaradıb.

Daha sonra Milli Məclisin üzvü Kamaləddin Qafarov, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış ediblər. 

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Xaləddin İsgəndərov Heydər Əliyevi bütün dövrlərin ən böyük Azərbaycanlısı adlandırıb. Onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi olan İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin üçrəngli bayrağının zəfər zirvələrində daim qürurla dalğalanacağını bildirib.

Tədbir rəsmi hissə başa çatdıqdan sonra bədii hissə ilə davam edib.