Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır - Qadınlar kişilərdən çoxdur

azerbaycan-ehalisinin-sayi-10-milyona-yaxinlasir
Oxunma sayı: 1867

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən etibarən 18 min 260 nəfər artıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə vestikavkaza.ru saytı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. hazırda əhalinin sayı 9 milyon 916 min 345 nəfərdir.

Hər 1 kvadrat kilometr əraziyə 115 nəfər düşür. Şəhərlərdə ölkə əhalisinin 52,9%-i, kəndlərdə isə 47,1%-i yaşayr. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.