Azərbaycan IX Beynəlxalq Türk Dili Olimpiadasında – Foto

azerbaycan-ix-beynelxalq-turk-dili-olimpiadasinda-foto
Oxunma sayı: 746

“Qafqazinfo”nun məlumatına görə, olimpiadada Azərbaycanı Təhsil Nazirliyinin dəstəyilə “Çağ öyrətim işlətmələri” şirkəti, Qafqaz Universitetinin kollektivi, orta ümumtəhsil məktəblərinin şagirdləri və KİV nümayəndələri təmsil edirlər.

Qeyd edək ki, olimpiada iyunun 30-dək davam edəcək. Bu yarışma türk dilində mahnı və şer bacarıqlarını yoxlamaq üçün uşaqlar arasında keçirilən beynəlxalq olimpiadadır. Yarışmada dünyanın 130 ölkəsindən uşaqlar iştirak edirlər. Bu yarışmanın hər il keçirilməsində məqsəd, dünya ölkələrinin uşaqlarını türk dili vasitəsilə bir araya gətirmək və onları mədəniyyət, təhsil sahəsində daha da yaxınlaşdırmaqdan ibarətdir. Olimpiadaya ABŞ, Əfqanıstan, Belarus, Avstraliya, Almaniya, Fransa, İtaliya, Hindistan, İngiltərə və digər ölkələrin nümayəndələri qatılıblar. Tədbir çərçivəsində iştirakçı dövlətlərin stendlərinin nümayiş olunduğu sərgi təşkil olunub. Sərgini Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da ziyarət edib.

Nigar Məmmədli