Azərbaycan millisinin üzvü Almaniya klubu ilə 3 illik müqavilə imzaladı

azerbaycan-millisinin-uzvu-almaniya-klubu-ile-3-illik-muqavile-imzaladi
Oxunma sayı: 645

Azərbaycan millisinin üzvü Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubu ilə 3 illik müqavilə imzalayıb. “Qafqazinfo” xəbər verir ki, 19 yaşlı futbolçu 2020-ci  ilə qədər Frankfurt təmsilçisinin şərəfini qoruyacaq.

Dadaşov bununla bağlı klubun rəsmi saytına müsahibə verib: "Mən peşəkar karyerama burada başlayacam. Frankfurda olmaqdan məmnunam. Çünki burada ailəm, dostlarım məni dəstəkləyir".