Azərbaycan nefti 80 dolları keçdi

azerbaycan-nefti-80-dollari-kecdi
Oxunma sayı: 1744

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,741 faiz ucuzlaşaraq barreli 78,28 dollar olub.

WTI markalı neftin avqust fyuçersi 0,366 faiz ucuzlaşaraq barreli 73,84 dollara düşüb. 

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar bahalaşaraq 80,36 dollar olub.