Azərbaycan Ordusunun yanvar itkiləri - Statistika

azerbaycan-ordusunun-yanvar-itkileri-statistika
Oxunma sayı: 638

Mərkəzin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən müddətdə 3 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin hamısı qeyri-döyüş itkiləridir.

2 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma), 1 nəfər avtoqəzadan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 4-ü Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (3 nəfər) onların 2-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 1-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 2 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur.

Gülnar