Azərbaycan seysmoloqları Omanda səfərdə olublar

azerbaycan-seysmoloqlari-omanda-seferde-olublar
Oxunma sayı: 636


Maskat şəhərində yerləşən Sultan Qabus Universitetində keçirilən tədbirdə ABŞ, İngiltərə, İtaliya,Kanada, Makedoniya, Çex , Türkiyə, Almaniya, Avstriya, CAR, Yəmən, Misir, Avstraliya və 40-dan çox başqa ölkələrdən seysmoloq alimlər və mütəxəssislər iştirak edib. Tədbirdə zamanı Körfəz ölkələrində, eləcə də forumda iştirak edən ölkələrdə seysmik təhlükə və riskin qiymətləndirilməsi ətrafında məruzələr təqdim olunub və geniş müzakirələr aparılıb. Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən respublika ərazisindəki seysmik şərait və risk haqqında məruzə təqdim olunub.

Qeyd edək ki, tədbir çərçivəsində AMEA RSXM-in nümayəndə heyətinin ikitərəfli görüşləri də olub.