Azərbaycan XİN Misirdəki terror aktını pislədi

azerbaycan-xin-misirdeki-terror-aktini-pisledi
Oxunma sayı: 910

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Misirdə məsciddə baş verən terror aktını pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində yayılan bəyanatında bildirlib

“Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir, qurbanların ailələrinə və Misir xalqına başsağlığımızı bildiririk. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir”, - məlumatda deyilib.

Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 120-dən çox insan yaralanıb.