“Azərbaycan yığması da onlar kimi kombinasiyalı çıxış edir”

azerbaycan-yigmasi-da-onlar-kimi-kombinasiyali-cixis-edir
Oxunma sayı: 1289

“Millətlər Liqasından öncə necə durumda olduğumuzu bilməliyik. Bu baxımdan önəmli oyun olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

Bolqarıstanlı mütəxəssis Qazaxıstan mətbuatına açıqlamasında millimizə qarşı keçirəcəkləri yoxlama görüşündən danışıb:

“Azərbaycan millisini Millətlər Liqasındakı rəqibimiz Gürcüstan yığmasına oxşar oyun nümayiş etdirdiyi üçün seçdik. Azərbaycan yığması da onlar kimi kombinasiyalı çıxış edir. Vacib oyun olacaq. Bu qarşılaşma bizə müsbət təsir edəcək. Rəqibimiz yaxşı oyun sərgiləyən komandadır”.

Stoilov “Astana”ya baş məşqçi təyin edilən ukraynalı Roman Qriqorçuka uğurlar arzu edib:

““Astana”nın səviyyəli komanda olması göz önündədir. Qriqorçuk avrokuboklarda təcrübə qazanmış mütəxəssisdir. İnanıram ki, uğurlu çıxış davam edəcək”.

Qeyd edək ki, Qazaxıstan millisi iyunun 5-də Astanada yığma komandamızla yoldaşlıq görüşü keçirəcək.