Azərbaycanda 10 cinayətkar gizlənir - Rəsmi

azerbaycanda-10-cinayetkar-gizlenir
Oxunma sayı: 1838

2017-ci ildə bank sektoru ilə bağlı 149 cinayət işi başlanılıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Kamran Əliyev hesabatında bildirib ki, tikinti sahəsində vətəndaşların aldadılması dair hallar azalıb: "Bu da təbliğatın, maarifləndirmənin nəticəsidir. Əvvəldən qalan işlərlə bağlı ziyanın ödənilməsi üçün işlər aparılır. Bəzi tikinti şirkətlərinin işçilərlə müqavilə imzalamadan işlədilməsi ölkədəki işsizlik statistikasına kölgə salır. Bu sahədə də fəaliyyətimiz davam etdirilir, monitorinqlər aparılır. Nəticədə idarəyə 12 material göndərilib, 5 material üzrə araşdırma aparılır".

***

Banklarla bağlı 43, tikinti ilə bağlı 11, ticarətlə bağlı 10, icra hakimiyyətləri ilə bağlı 5, bələdiyyələrlə bağlı bir neçə cinayət işi başlanılıb. Digər dövlət qurumlarının hərəsi ilə bağlı 1 və ya 2 cinayət işi açılıb.

***

Barəsində cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilən şəxslərdən 44 nəfəri istintaqdan yayınıb. Onlardan 34-s ölkə xaricinə çıxıb, 10 nəfər isə ölkə daxilində gizlənir.

urad Əhməd