Azərbaycanda 20 günə 41 nəfər ölüb, 113 nəfər yaralanıb - Qəza statistikası

azerbaycanda-20-gune-41-nefer-olub-113-nefer-yaralanib
Oxunma sayı: 1084

Mart ayının 20 günündə respublikanın avtomobil yollarında 81 yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) saytına stinadən xəbər verir ki, mart ayının 1-dən 20-dək yol qəzalarında 41 nəfər ölüb, 113 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, bu ilin 2 ayı (yanvar-fevral) ərzində 198 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 102 nəfər ölüb, 241 nəfər isə xəsarət alıb.