Azərbaycanda avtomobil krediti dayandırıldı

azerbaycanda-avtomobil-krediti-dayandirildi
Oxunma sayı: 4932


Bu dəfə də avtomobil kreditlərinə qadağa qoyuldu. Əlaqə saxladığımız bir neçə bank məlumatı təsdiqləsə də, bu barədə müsahibə verməkdən çəkindilər. Vəziyyəti maşın satışı ilə məşğul olan şəxslər də təsdiqlədilər. Kreditlə satış dayandırıldığından bu ay alıcı, demək olar ki, olmayıb.

“Qafqazinfo” xezerxeber.com-a istinadən xəbər verir ki, ekspertlər hesab edirlər ki, maşın satışında kreditin ləğv olunması insanların avtomobilə əlçatanlığını azaldacaq.

Nəzərə alsaq ki, kreditlə satılan maşınların əksəriyyəti sığorta olunur, vəziyyət sığorta bazarına da mənfi təsir göstərəcək.

Ancaq ekspertlər avtomobil kreditlərinin dayandırılmasını təkcə problemli kreditlərlə əlaqələndirmirlər.

İqtisadçılar hesab edir ki, vəziyyət yaxın vaxtlarda maşın bazarında ucuzlaşmaya səbəb olacaq.