Azərbaycanda Beynəlxalq Əmanət Günü keçiriləcək

azerbaycanda-beynelxalq-emanet-gunu-kecirilecek
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, noyabrın 8-dək nəzərdə tutulmuş tədbirlərin Azərbaycanda keçirilməsinin məqsədi milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasına xidmət edir. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəlib.

Tədbir çərçivəsində bank filiallarında, məktəblərdə uşaqlar üçün müxtəlif yarışlar, müsabiqələr keçirələcək, maarifləndirici promo materiallar paylanacaq, iştirakçı bankların ATM-lərində videoçarxlar yayımlanacaq.

Azərbaycan Respublikasının “Beynəlxalq Əmanət Günü”nün simvolik rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilib.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.

Nigar Məmmədli