Azərbaycanda əsgər anası fəryad qoparır - Video

azerbaycanda-esger-anasi-feryad-qoparir-video
Oxunma sayı: 802

Xəbər verdiyimiz kimi Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib.

Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunsa da, əsgər anası Samirə xanım iddia edir ki, oğlu ölməyib, onu döyərək öldürüblər.

Artıq Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Həmçinin sözügedən hadisə ilə əlaqədar olaraq Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunublar.